Allahın adıla
آذری Allahın adıla “Fransadakı son hadisələr və digər qərb ölkələrində baş vermiş buna oxşar hadisələrdən sonra əmin oldum ki, bu barədə sözümü sizə birbaşa deməliyəm. Mən sözlərimi siz cavanlara ünvanlayıram. Buna görə deyil ki, sizin ata və analarınızı görməməzlikdən gəlirəm. Səbəb budur ki, millətinizin, torpaqlarınızın gələcəyini sizin əllərinizdə görür və həqiqət axtarışı hissinin sizin qəlblərinizdə daha canlı və hətta aydın olduğunu bilirəm. Bu məktubumda sözümü sizin siyasətçilərinizə və dövlət başçılarınıza ünvanlamıram. Çünki onların bilərəkdən siyasət yolunu sədaqət və düzlük yolundan ayırdıqlarına inanıram. Mənim sözüm sizinlə xüsusi olaraq İslam barədə və İslamdan sizin üçün yaratdıqları sima barədə olacaq. İki onillik bundan...



